Çinli tennisçi oyun zamanı huşunu itirib

Dünya


Çinli tennisçi Vu Yibin Uimbldon turnirinin birinci raundunda ABŞ idmançısı Frensis Tiafo ilə görüş zamanı huşunu itirib.

23 yaşlı idmançının nəfəs almasında problem yaranıb. Onun ürək döyüntüsünün normadan xeyli yüksək olduğu – dəqiqədə 187-yə çatdığı bildirilir.

Bu səbəbdən qarşılaşmada 16 dəqiqəlik fasilə yaranıb. Daha sonra görüş davam etdirilib. Vu Yibin iki saat 30 dəqiqə davam edən oyunun sonunda məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Vu Yibin Çinin ən güclü ikinci tennisçisidir. Dünya reytinqində 62-ci pillədə olan idmançı fevralda ABŞ-də karyerasında ilk ATP turnirini qazanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir