Avropa çempionatı: Finalda İspaniya və İngiltərə qarşılaşacaq – YENİLƏNİB

Dünya


21 yaşadək futbolçular arasında Avropa çempionatında ikinci finalçı da müəyyənləşib.

Növbəti yarımfinal matçında İspaniya və Ukraynanın müvafiq yaş qruplarından ibarət komandaları üz-üzə gəliblər.

Görüş ispanların darmadağını ilə yekunlaşıb – 5:1.

Bu nəticə ilə finala yüksələn İspaniya millisi həlledici matçda İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 8-də, saat 20:00-da başlayacaq final matçı Gürcüstanın Batumi şəhərində oynanılacaq.

23:45

21 yaşadək futbolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.

Yarımfinalda İsrail yığmasını 3:0 hesabı ilə məğlub edən İngiltərə millisi həlledici matça vəsiqə qazanıb.

Qolları 42-ci dəqiqədə Morqan Gibbs Uayt, 63-cü dəqiqədə Koul Palmer və 90-cı dəqiqədə Kemeron Arçer vurublar. 17-ci dəqiqədə Uayt penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, İngiltərə seçməsinin finaldakı rəqibi İspaniya – Ukrayna cütünün qalibi olacaq. Qeyd edək ki, seçməsinin finaldakı rəqibi – Ukrayna cütünün qalibi olacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir