Şəki Regional Mədəniyyət İdarəsinə yeni rəis əvəzi təyin edilib – FOTO

Mədəniyyət


Şəki Regional Mədəniyyət İdarəsində rəhbər dəyişikliyi edilib.

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətini müvəqqəti icra edən Aqaəli Cəlilov bu vəzifədən kənarlaşdırılıb. İdarənin yeni rəis əvəzi vəzifəsi isə Nargilə Qafarovaya həvalə edilib.

Xatırladaq ki, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətini müvəqqəti icra edən Aqaəli Cəlilov bu il martın 14-dən həmin vəzifədə idi. 

Aysel Aslan 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir