“Taliban” qadın gözəllik salonlarını qapatdı

Dünya


Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı qadın gözəllik salonlarının qapadılmasına dair göstəriş verib.

Artıq sözügedən qadağaya dair yazılı göstəriş Kabil bələdiyyəsi tərəfindən şəhərin bütün gözəllik salonlarına göndərilib.  

Göstərişdə qeyd olunur ki, əmr bir ay ərzində icra edilməlidir və tədricən ölkənin digər bölgələrinə də şamil ediləcək.

Xatırladaq ki, “Taliban” rəhbərliyi hələ bu ilin yanvar ayından qadınlar üçün olan gözəllik salonlarının bağlanacağına dair anons vermişdi.

Əfqanıstanı idarə edən qüvvə hesab edir ki, ölkədəki qadın gözəllik salonlarının fəaliyyəti əfqan ənənələrinə, həmçinin əfqan xalqının əxlaq kodeksinə ziddir.

Mənbə: Khaama Press

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir