Gədəbəy rayon Zamanlı kəndində 58 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.
“resmixeber.az”un Qərb bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü Fazil İsgəndər oğlu Aslanov şəxsi evində iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.
Elektrik cərəyanı vurması nəticəsində o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az