Sabah 9 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı.Trend:

9 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil
ediləcək

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.




Bildirilib ki, Ümumilli Lider Heydər Əliyevin anım günü ilə
əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə
nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205
nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil
ediləcək.