Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir – nazir

Baş səhifə

Bakı. Trend:

Növbəti mərhələdə biz Böyük Qayıdışa dair İkinci Dövlət Proqramı
çərçivəsində, bir az öncə qeyd etdiyim vergi, gömrük, sosial
ödənişlər və kommunal bağlantılar üzrə güzəştləri nəzərdə tutaraq,
güzəşt müddətlərinin uzadılmasını, yeni təşviq mexanizmlərinin
tətbiqini, maliyyə resurslarına çıxış imkanlarının
genişləndirilməsini, o cümlədən kredit faizlərinin
subsidiyalaşdırılması və digər alətləri, geoloji tədqiqatların
davam etdirilməsini və insan kapitalının gücləndirilməsini əsas
hədəflər kimi müəyyənləşdirəcəyik.




Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə
məxsusi müsahibəsində deyib.