
Bakı. Trend:
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 1/8 finalda
mübarizəni dayandırıb.
Faiq Qarayevin baş məşqçisi olduğu yığma komandamız 1/8 final
mərhələsində Türkiyə millisi ilə qarşılaşıb.
İstanbul şəhərindəki “Sinan Erdem” idman zalında keçirilən görüş
meydan sahiblərinin 3:0 (25:14, 25:16, 25:22) hesablı qələbəsi ilə
başa çatıb.
Qeyd edək ki, milli komandamız Bakıdakı Milli Gimnastika
Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü
pillədə tamamlayaraq 1/8 finala vəsiqə əldə etmişdi.

