Ötən il qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər hansı regionlardan olub?

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə qəbul imtahanlarında daha yüksək nəticələri
İsmayıllı, Zaqatala, Yardımlı, Şəki, Qəbələ, Qubadlı, Xızı, Abşeron
rayonlarının, Bakı, Mingəçevir və Sumqayıt şəhərlərinin oğlan
abituriyentləri, Qəbələ, İsmayıllı, Oğuz, Qubadlı, Abşeron, Şahbuz,
Şəki rayonlarının, Sumqayıt, Mingəçevir, Naxçıvan, Gəncə və Bakı
şəhərlərinin qızları göstəriblər.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent”
jurnalının 12-ci nömrəsində dərc olunub.




Məlumata görə, bu bölgələri təmsil edən ortastatistik oğlan və
qız abituriyentlər qəbul
imtahanlarında müvafiq olaraq 265 və 305-dən çox bal
toplayıblar.

“Xızı rayonu istisna olmaqla, digər bütün bölgələr üzrə qız
abituriyentlərin imtahan nəticələri oğlanların nəticələrindən
yüksəkdir. Bu özünü Oğuz, Şahbuz, Hacıqabul, Naxçıvan şəhəri,
Daşkəsən, Babək, Ağstafa, Qəbələ, Xocavənd, Qazax, Beyləqan və
Qubadlı rayonları üzrə daha qabarıq göstərir. Həmin bölgələrin
ortastatistik qız abituriyentlərinin göstəriciləri oğlanların
göstəricilərindən ən azı 60 bal çoxdur”.