Lənkəranda üçyaşlı uşaq binadan yıxılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb. Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir….

