Bakı. Trend:
İran İsraildəki bir neçə hədəfə, eləcə də Bəhreyn və Küveytdəki
ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata
keçirib.
Trend-in
məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti
bildirib.
“Gün ərzində İran İslam Respublikasının quru qüvvələri, dəniz və
hava qüvvələri tərəfindən ölkənin müxtəlif bölgələrindən Küveyt,
Bəhreyndəki ABŞ bazalarına və işğal olunmuş ərazilərdəki müəyyən
hədəflərə dron hücumları həyata keçirilib”, – deyə qeyd olunub.
Həmçinin İran səmasında əsasən İsrail “Hermes” markalı altı
düşmən dronu məhv etdiyini deyilib

