
İranın xarici işlər naziri Abbas Araqçi Fransanı İrana qarşı hücumlar fonunda tutduğu mövqeyə görə “ikiüzlü” olmaqda ittiham edib.
Modern.az xəbər verir ki, Araqçi “X” sosial şəbəkəsində Fransa xarici işlər nazirinin İrana qarşı mövqeyini tənqid edib.
“Fransa kimi ölkələr insan hüquqları və beynəlxalq hüquq məsələlərində dünyaya dərs verməyə son qoymalıdır”, – deyə Araqçi bildirib.
“İsrailin Qəzzada törətdiyi soyqırımına və İrana qarşı hücumlara verdiyiniz dəstək sizin guya mənəvi üstünlüyünüzü tamamilə məhv edib”, – deyə İranlı nazir qeyd edib və Fransanı “ikiüzlü” adlandırıb.

