Hakimiyyət idarəçiliyinin bütün qolları bir birinə dəstək verməlidir – Ədliyyə Naziri

Baş səhifə

Bakı.Trend:

Bu qədər böyük sayda hakimlərin qarşısında çıxış etməkdən
məmnunam. Vaxtilə hakim olaraq başqa vəzifədəydim bugun isə başqa
vəzifənin icraçısıyam. Özümü sizin ailənizin üzvü kimi hiss
edirəm.

Trend xəbər verir ki, bunu
ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən Beynəlxalq Hakimlər
Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci
Baş Assambleyasının iclasında bildirib:

Məhkəmə hakimiyyəti sizi hər hansı bir səhvlərdən qoruyur,
istiqamətləndirir. Bu bizə elə imkanlar yaradır ki öz üzərimizə
düşən vəzifələri ədalətli şəkildə yerinə yetirək.




Fərid Əhmədov vurğulayıb ki, ədalət o vaxt zəfər çalır ki hər
hansı bir fəaliyyətin mərkəzində dayanan bünövrə olsun.

“Azərbaycanda hakimiyyət qolları arasında əməkdaşlıq ədalət
mühakiməsinin ortaya qolulmasında vacib götürülür.

Bizim üzərimizə düşən hər hansı bir fəaliyyətin məqsədi də
bundan ibarət olmalıdır. Hakimiyyət idarəçiliyinin bütün qolları
bir birinə dəstək verməlidir. Hazırda qollar arasınsa əməkdaşlıq
var”.