
Bakı. Trend:
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün
istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.
Bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı
müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minəcək.
Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən
texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun
götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə
axıdılması və su akvatoriyasından istifadə olunması ilə
əlaqədardır.
Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən
asılı olaraq məbləğlər müxtəlifdir.
Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr
suya görə 0.4, çay və göllərdən götürülən 100
kubmetr suya görə 4, yeraltı sulardan götürülən
100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib.
Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün
1, çay və göllərə axıdılan 100 kubmetr tullantı
suyu üçün 4 manat nəzərdə tutulur.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
bağlı ödənişlərin məbləğləri
|
Sıra №-si |
Su obyekti |
Su obyektlərindən istifadənin xüsusi |
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə (manatla) |
||
|
götürülən 1 m3 |
axıdılan 1 m3 |
İstifadə edilən 1 m2 (gündəlik) |
|||
|
1. |
Xəzər dənizi (liman akvatoriyası istisna |
məişət |
0,01 |
||
|
sənaye |
0,004 |
0,01 |
|||
|
energetika |
0,00001 |
||||
|
kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti |
0,0001 |
0,0004 |
|||
|
2. |
Çaylar və göllər |
içməli su və məişət |
0,01 |
0,01 |
|
|
sənaye |
0,04 |
0,04 |
|||
|
kənd və meşə təsərrüfatı |
0,001 |
||||
|
energetika |
0,00001 |
||||
|
kiçik həcmli gəmilərin hərəkəti (götürülən suya və su xətti |
0,0001 |
0,0005 |
|||
|
balıqçılıq, o cümlədən akvakultura |
0,0001 |
0,0004 |
|||
|
3. |
Yeraltı sular |
içməli su və məişət |
0,1 |
||
|
müalicə, kurort və sağlamlaşdırma |
0,3 |
||||
|
sənaye |
0,4 |
||||
|
balıqçılıq, o cümlədən akvakultura |
0,0002 |
||||
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin
alınması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə
ərizə ilə müraciət edilməlidir.
Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi
şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri
təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və su
obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.
Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı
məqsədlərlə götürülən suya görə ödəniş tutulmayacaq:
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su
ilə təmin edilməsi; - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su
təchizatı; - “Azərenerji” ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün
sudan istifadə edilməsi.
Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan
su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək
məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su
bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki
qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə
edəcəklər.
Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında
öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi
olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və
istismarını həyata keçirə biləcəklər. Torpaq sahibləri onlara
məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəyə
görə ödənişlərdən azaddırlar.
Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su
obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj
sistemlərinə axıdıldıqda müəyyən edilmiş ödəniş 10
əmsal tətbiq edilməklə hesablanacaq.
Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə
müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə
axıdıldıqda müəyyən edilmiş ödənişlər 0,7 əmsal
tətbiq edilməklə hesablanacaq.
Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən
edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə
edən şəxsləri “Su obyektlərinə çirkləndirici maddələrin
axıdılmasına görə ödəniş normativləri“ndə nəzərdə tutulmuş ödənişlərdən azad
etməyəcək.

