Fransada quraqlıq: 67 departament təhlükədədir

Baş səhifə

Fransanın Avropa hissəsində 96 departamentdən 67-də quraqlıqla bağlı böhran vəziyyəti müşahidə olunur.

Modern.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Quraqlıqdan xüsusilə ölkənin qərbində yerləşən Vandeya, Şaranta və Dənizkənarı Şaranta, eləcə də şərqdəki Kot-d’Or departamentləri zərər çəkib.

Telekanalın məlumatına görə, Fransadakı kiçik çay və dərələrin 43 faizi artıq tamamilə quruyub və ya quruma prosesindədir. Bu göstərici indiyədək görünməmiş səviyyə kimi qiymətləndirilir.