Efiopiyalı QHT rəhbəri: “Müstəmləkəçilik siyasəti səhiyyə sistemini dağıdır”

Dünya


“Xalqların hüquqlarına hörmətlə yanaşılmalıdır”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Efiopiyadan olan QHT rəhbəri Hebron Fekadu deyib.

O bildirib ki, müstəmləkəçilik siyasəti milli və qlobal səhiyyə sistemini də dağıdır.

“Fransa Avropa ölkələri ilə birlikdə 19-cu əsrin sonlarında Afrikada geniş müstəmləkəçilik siyasəti aparıb. Efiopiya isə müstəqilliyini qoruyaraq saxlayıb. Amma ümumi müstəmləkə siyasəti Efiopiyaya da dolayı təsir edib. Biz Fransanın siyasətini daim təhlil etmişik. Müstəmləkə siyasətinə qarşı ciddi şəkildə mübarizə aparırıq”, – deyə Fekadu əlavə edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

www.RESMIXEBER.az