Böyük Britaniyanın “HMS Dragon” gəmisi Şərqi Aralıq dənizinə yollanır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın “HMS Dragon” hərbi gəmisi Portsmutdakı hərbi
dəniz bazasını tərk edərək Kiprin müdafiəsi üçün Şərqi Aralıq
dənizinə yollanır.

Trend xəbər verir
ki, bu barədə “The Guardian” məlumat yayıb.




Bildirilib ki, esmines adadakı Britaniya aviabazalarının
mühafizəsi və həmçinin İran və onun müttəfiqləri tərəfindən mümkün
pilotsuz uçuş aparatı və ya raket hücumlarının qarşısını almaq üçün
regiona göndərilib.

Qeyd edək ki, Böyük Britaniya həmçinin “RFA Lyme Bay” desant
gəmisini regionda yerləşdirmək üçün hazırlayır.