Bakı. Trend:
ABŞ-nin Luiziana ştatında avtomobil izdihama çırpılıb.
Trend xəbər verir ki, hadisə
Laos Yeni ili ilə bağlı təşkil olunan festival zamanı baş verib.
İnsident nəticəsində 15 nəfər yaralanıb. Onlardan13-ü xəstəxanaya
yerləşdirilib.
Xoşagəlməz hadisə səbəbindən planlaşdırılan tədbirlər ləğv
edilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun
avtomobili hansı səbəbdən izdihamın üzərinə sürdüyü hələ məlum
deyil.

