Suriya lideri bir çox sahədə ABŞ-dən dəstək gözləyir

Baş səhifə

Bakı. Trend:

ABŞ‑yə səfər edən Suriya Prezidenti Əhməd əş-Şara
rəhbərliyindəki yeni hökumət iqtisadiyyat, infrastruktur və
təhlükəsizlik sahələrində Vaşinqtondan dəstək almağa çalışır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Bildirilir ki, hazırkı Şam hakimiyyəti ölkənin yenidən
qurulmasına fokuslanır və əsas məqsədlər arasında enerji,
infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlıq mövqeyində
duran ABŞ investisiyalarının cəlb edilməsi yer alır.

ABŞ‑nin Şam rejiminə tətbiq etdiyi sanksiyaları qaldırması,
şirkətlərinin Suriyaya investisiya qoyması, Suriyada fəaliyyət
göstərmiş terror qruplarına qarşı ABŞ ilə əməkdaşlığın
genişləndirilməsi gözlənilir.