Ödəmə terminalından oğurluq edən narkotacirlər saxlanıldı (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəmə
terminalından oğurluq edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilov
və 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazır
qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3
min manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdikləri
oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.




İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən
digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsin
Xırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16
kiloqram, o cümlədən 7 kq heroin, 4 kq metamfetamin, 5 kq
marixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi və
narkotiklərin satışında istifadə edilən elektron tərəzi
aşkarlanıb.

E.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla
araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat
tədbirləri davam etdirilir.