“Qarabağ” dünya reytinqində daha 14 pillə irəliləyib

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib.

Trend
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS)
istinadən xəbər verir ki, 171 xalı olan Azərbaycan çempionu 96-cı
sıradan 82-ci yerə qalxıb.

“Köhlən atlar”la eyni mövqedə İtaliyanın “Napoli” komandası da
qərarlaşıb.




“Sabah” (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.

“Araz-Naxçıvan” (66,5) 355-dən 391-ə, “Zirə” (65,5) isə 380-dən
407-yə enib.

Qeyd edək ki, 501 futbol klubunun yer aldığı reytinq cədvəlində
537 xalla Fransanın PSJ klubu başçılıq edir.