Bu gün 34 dərəcə isti olacaq – PROQNOZ  

Baş səhifə

 Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.