Lula da Silva ABŞ-ın Braziliyaya qarşı rüsum tətbiq etməsini strateji səhv adlandırıb

Baş səhifə

Bakı. Trend:

Ağ Evin Braziliya məhsullarına yeni gömrük rüsumları tətbiq
etməsi ABŞ üçün strateji səhvdir. Çünki Braziliyadan ABŞ-a mal
ixracı artıq 1997-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Bu barədə Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva The
Washington Post qəzetində dərc olunan məqaləsində yazıb.

“Yeni tariflər təkcə ədalətsiz deyil, həm də strateji səhvdir.
Onlar ABŞ iqtisadiyyatına və Braziliya ilə tərəfdaşlığa zərər
vurur”, – deyə Braziliya lideri bildirib.

Onun sözlərinə görə, “Braziliyanın ABŞ-a ixracı artıq 1997-ci
ildən bəri ən aşağı səviyyəyə enib”.




Dövlət başçısı qeyd edib ki, 2025 və 2026-cı illərin ilk altı
ayının nəticələrinin müqayisəsi göstərir ki, Braziliya ilə ABŞ
arasında ikitərəfli ticarət dövriyyəsi 12,8% azalıb. Eyni dövrdə
Braziliyanın Avropa İttifaqı ilə ticarəti 6,1%, Çinlə ticarəti isə
15,9% artıb.

“Lula da Silva əlavə edib ki, orta müddətli perspektivdə bu
tariflər istehsal zəncirlərinin pozulmasına səbəb olacaq və
Braziliya şirkətləri amerikalı təchizatçıları digər tərəfdaşlarla
əvəz edəcəklər.

“Bu, ABŞ-ın milli təhlükəsizlik strategiyasında bəyan etdiyi
maraqlarla Qərb yarımkürəsində həyata keçirdiyi siyasət arasında
ciddi uyğunsuzluğun olduğunu göstərir”, – deyə Braziliya prezidenti
vurğulayıb.