
Bakı. Trend:
Xankəndi şəhərində fəaliyyət göstərən “Turan” kafesində baş
verən yanğın zamanı iki qadın işçi yanıq xəsarətləri alıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə kafedə baş
verib.
Yanğın zamanı kafenin 43 yaşlı işçisi Zibeydə Əsədova və 29
yaşlı Fidan Cəfərova müxtəlif dərəcəli yanıq xəsarətləri
alıblar.
Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən
xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

