
Bakı.Trend:
Konqres oktyabrın 1-dək federal hökumətin maliyyələşdirilməsi
haqqında qanun layihəsini qəbul etməsə, sentyabr ayında “şatdaun”
baş verə – hökumətin fəaliyyəti müvəqqəti dayandırıla bilər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Hökumət sentyabrın 30-da, mövcud maliyyələşdirmə müddəti başa
çatdıqdan sonra fəaliyyətinin dayandırılmasına hazırlaşır”, – deyə
Tramp qeyd edib.
“Şatdaun” (ing. Shutdown) ABŞ federal hökumətinin
maliyyələşdirilməsi ilə bağlı Konqres və prezident razılığa gələ
bilmədikdə baş verən hökumət fəaliyyətinin qismən
dayandırılmasıdır. Bu zaman vacib olmayan dövlət qurumlarının işi
müvəqqəti dayandırılır, yüz minlərlə dövlət qulluqçusu ya ödənişsiz
məzuniyyətə göndərilir, ya da maaş almadan işləməyə davam edir.
Müdafiə, sərhəd təhlükəsizliyi, hava hərəkətinə nəzarət və təcili
tibbi xidmət kimi həyati əhəmiyyət daşıyan xidmətlər isə
fəaliyyətini davam etdirir.

