SEPAH: Hörmüz boğazında iki neft tankeri partlayıb

Baş səhifə

Hörmüz boğazında iki neft tankeri partlayıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

Bəyanatda iddia olunur ki, tankerlər ABŞ ordusunun təhriki və təzyiqi ilə Hörmüz boğazının cənub hissəsində təhlükəli marşrutdan keçməyə cəhd edərkən partlayıb və hərəkət qabiliyyətini itirib.

Bəyanatda qeyd olunub ki, ABŞ ordusunun bölgəyə müdaxiləsinin heç bir hüquqi əsası yoxdur və buna qəti cavab veriləcək.

“ABŞ-ın bölgədə qanunsuz fəaliyyəti davam etdiyi müddətdə bu keçid hətta kimyəvi gübrələrin və ya bir damcı neft və qazın daşınması üçün belə təhlükəsiz olmayacaq”, – SEPAH vurğulayıb.

SEPAH, həmçinin, ABŞ ordusunu “qanunsuz pozuntuya görə cəza əməliyyatına hazır olmağa” çağırıb.