
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hazırkı
hökumətinin yenilənməsinin zəruri olduğunu bildirib və baş nazir
Yuliya Sviridenkonu istefaya göndərmək niyyətində olduğunu
açıqlayıb.
O, həmçinin Sviridenkoya yeni vəzifəyə keçməyi təklif etdiyini
qeyd edib.
“Ukraynanın baş naziri Yuliya Sviridenko ilə detalları müzakirə
etdik. Müəyyən etdik ki, dəyişikliklər üçün Nazirlər Kabinetinin
yenilənməsi tələb olunur. Mən Yuliyaya baş nazir vəzifəsində
göstərdiyi aydın, sabit və səmərəli fəaliyyətə, eləcə də Ukrayna
komandasındakı uzun illər məhsuldar işinə görə təşəkkür etdim və
ona yeni, mühüm bir istiqamətə rəhbərlik etməyi təklif etdim”, –
Zelenski “Telegram” kanalında yazıb.

