Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə etdi

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark
Rütte ilə İran ətrafındakı münaqişə kontekstində regiondakı
vəziyyəti müzakirə edib.

Trend xəbər verir
ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Məlumata görə, NATO gündəliyində duran məsələlər, eləcə də
regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Türkiyənin bölgədəki münaqişənin inkişafını yaxından
izlədiyini və davamlı sülhə nail olmaq üçün diplomatiyaya şans
verilməsinin vacibliyini vurğulayıb.




Ərdoğan həmçinin bildirib ki, Ankarada keçiriləcək NATO
sammitinə hazırlıqlar davam edir və Türkiyə bu sammitə ləyaqətlə ev
sahibliyi edəcək.

Kanslerlikdən bildirilib ki, Mark Rütte öz növbəsində NATO-nun
vəziyyəti hərtərəfli qiymətləndirərək müttəfiqlərinin
təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini qeyd edib.