Overçuk: Azərbaycan tərəfinin yardımı üçün minnətdarıq

Baş səhifə

Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk Bakının göstərdiyi konstruktiv və xoş münasibətə görə təşəkkürünü bildirib.

Modern.az xəbər verir ki, Overçuk jurnalistlərin suallarını cavablandırarkən deyib: “Azərbaycan tərəfinin konstruktiv və yardım göstərməyə hazır olmasını müşahidə edirik və buna görə çox minnətdarıq.”

Vitse-premyer əlavə edib ki, dünən Rusiya vətəndaşlarının ilk qrupu Azərbaycan-İran sərhədini keçib və hazırda təxminən 50 nəfər Azərbaycan ərazisindədir. Ümumilikdə isə 500-dən çox Rusiya vətəndaşı Azərbaycana çıxış üçün qeydiyyatdan keçib.