İran kartof ixracını dayandırıb

Baş səhifə

Bakı. Trend:

İranın bəzi vilayətlərində və böyük şəhərlərində bahalaşma
səbəbi ilə kartof ixracı dayandırılıb.

Trend-in
məlumatına görə, bunu İranın Mərkəzi Kənd Kooperasiyası
Təşkilatının sədr müavini Murtaza Motəmed yerli mediaya
açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Kənd Təsərrüfatı Nazirliyi
ehtiyatdan kartofun vilayət bazarlarına göndərilməsinə göstəriş
verib.




Motəmed bildirib ki, ölkədə hazırda kartof çatışmazlığında hər
hansı problem yoxdur və müxtəlif vilayətlərdə bu məhsulun bazarlara
satışa çıxarılması ilə qiymətlərin normallaşacağı gözlənilir.

Qeyd edək ki, son vaxtlar İranda bəzi kənd təsərrüfatı
məhsulları, o cümlədən kartofun qiymətində ciddi artım qeydə
alınıb.