Ramil Rzayev Şərqi Timorun Prezidentinə etimadnaməsini təqdim edib

Baş səhifə
Ramil Rzayev Şərqi Timorun Prezidentinə etimadnaməsini təqdim edib

Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev Şərqi Timorun Prezidenti Joze Ramuş-Ortaya etimadnaməsini təqdim edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin “X”dəki səhifəsində məlumat yayılıb.

“Azərbaycanın səfiri Ramil Rzayev Şərqi Timorun Prezidenti Joze Ramuş-Ortaya etimadnaməsini təqdim edib. Mərasim ikitərəfli görüşlə davam etdirilib, söhbət zamanı tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər”, – məlumatda deyilir.