
Trans-Adriatik Qaz boru kəməri (TAP) vasitəsilə indiyə qədər Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
“Report” xəbər verir ki, bunu nazir Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin iclasları ərəfəsində “TAP AG” şirkətinin icraçı direktoru Luka Skiepatti ilə görüşüb.
O qeyd edib ki, ilin əvvəlində birinci mərhələsi tamamlanan TAP-ın genişləndirilməsinin növbəti mərhələsi və Avropadakı təbii qaz bazarının vəziyyətini müzakirə edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


