
Dubayda ikinci dəfə partlayış səsləri eşidilib.
APA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Bundan əvvəl Dubay, Doha və Manamada partlayış səsləri eşidilib.
***
saat 08.58
Bu gün səhər saatlarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bir neçə partlayış səsi eşidilib.
APA xəbər verir ki, bu barədə “Reuters” hadisə şahidlərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada da partlayışlar qeydə alınıb.


