Tramp İrana xəbərdarlıq etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıqla çıxış edib.

Trend-in
məlumatına görə, Tramp qeyd edib ki, İran daha sərt zərbələr
endirəcəyini açıqlayıb.

“Ancaq bunu etmələri məsləhət deyil. Əgər belə bir addım
atarlarsa, biz də indiyə qədər görünməmiş güclə cavab verəcəyik”, –
deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, İsrailin Tehrana hərbi hava hücumları nəticəsində
İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri
ölüb.




İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Xameneinin
qisasının alınacağını və daha güclü, misli görünməmiş zərbələrin
endiriləcəyini bəyan edib.

Fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə
danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ
İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın
Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.