Tramp İranı cavab hücumunda görünməmiş güc zərbəsi ilə hədələyib

Baş səhifə
Tramp İranı cavab hücumunda görünməmiş güc zərbəsi ilə hədələyib

ABŞ Prezidenti Donald Tramp İran zərbələrini gücləndirəcəyi təqdirdə Tehranı görünməmiş güclə hədələyib.

“Report”un məlumatına görə, o, bu barədə “Truth Social” sosial şəbəkəsində bəyanat verib.

“İran indicə çox sərt, əvvəllər olmadığından daha sərt zərbə endirəcəklərini açıqlayıb. Onlar bunu etməsələr daha yaxşı olar, çünki əgər etsələr, biz onlara əvvəllər heç vaxt görünməmiş güclə zərbə endirəcəyik”, – ABŞ lideri yazıb.