Şər oxuna ağır zərbə endirildi – Katz

Baş səhifə

Bakı. Trend:

Ədalət zəfər çaldı və şər oxuna ağır zərbə endirildi.

Trend xəbər verir ki, bu
barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

“Xamenei İsrailin əməliyyatının ilk zərbəsi zamanı
zərərsizləşdirilib, onunla birlikdə İranın digər yüksək vəzifəli
şəxsləri də məhv edilib. İsraili məhv etmək üçün fəaliyyət
göstərənlər məhv edildi. Ədalət zəfər çaldı və şər oxuna ağır zərbə
endirildi. Liderlik və qətiyyətə görə baş nazir Benyamin
Netanyahuya təbriklər. Biz İsrail dövlətinin müdafiəsi üçün bütün
gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Katz
bildirib.




Qeyd edək ki, İsrailin Tehrana hərbi hava hücumları nəticəsində
İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri
ölüb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.