
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.
“Report” xəbər verir ki, yarışın son günündə Azərbaycanın 6 cüdoçusu tatmi üzərinə çıxacaq.
Murad Fətiyev (90 kq), Mədinə Kaisinova (78 kq), Əjdər Bağırov (100 kq) 1/16 finalda yarışacaq. “Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov və Camal Qəamzatxanov (hər ikisi +100 kq) isə 1/8 finaldan mübarizəyə qoşulacaq.
Qeyd edək ki, daha əvvəl Ömər Rəcəbli (81 kq), Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanıblar.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


