
İrandan İsrailə yeni raket yaylım atəşləri endirilib.
“Report”un məlumatına görə, bu barədə İsrail Ordusunun Mətbuat xidməti xəbər verib.
“İsrailə qarşı əlavə raket yaylım zərbələri endirilib. Əhaliyə növbəti xəbərdarlığa qədər təhlükəsiz yerlərdə qalmaları tövsiyə olunur”, – açıqlamada deyilir.
Qeyd olunur ki, hazırda hava hücumundan müdafiə sistemi təhdidləri aşkarlayır və zərərsizləşdirir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


