Londonun Qetvik aeroportunda uçuşlarda ləngimələr qeydə alındı

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdəki gərginlik səbəbindən Londonun Qetvik aeroportunda
həm gələn, həm də gedən reyslərdə qrafikdən kənaraçıxmalar müşahidə
olunur.

Trend xəbər verir
ki, vəziyyət tez-tez dəyişir və Yaxın Şərq regionu ölkələri hava
məkanlarında müxtəlif məhdudiyyətlər tətbiq edir.




Bu səbəbdən uçuşlar həmin məhdudiyyətlərə uyğunlaşdırılır.

Oxşar vəziyyət digər Avropa hava limanlarında da müşahidə
edilir.