Fransada fiziki zorakılıq halları 5 faiz artdı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Fransa hüquq-mühafizə orqanları tərəfindən qeydə
alınan fiziki zorakılıq halları ötən ilə nisbətən 5 faiz artıb.

Trend xəbər verir
ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.




Fransa Daxili İşlər Nazirliyinin hesabatına görə, 2025-ci ildə
473 000 fiziki zorakılıq faktı qeydə alınıb və onların təxminən
yarısı ailədaxili zorakılıqlardır. Ailədaxili zorakılıqların
qurbanlarının 73 faizi qadınlardır.