Harri Keyn qol seriyasını yeddi oyuna çatdırdı

Baş səhifə

Bakı. Trend:

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın 24-cü turunda
“Borussiya Dortmund”a iki qol vuraraq qol seriyasını yeddi oyuna
qədər artırıb.

Trend xəbər verir
ki, Keyn bundan əvvəl “Ayntraxt Frankfurt”a (iki qol), “Verder
Bremen”ə (iki qol), “Leypsiq” və “Hoffenhaym”a (iki qol), həmçinin
“Hamburq” və PSV-yə qol vurmuşdu.




Bu mövsüm Harri Keyn klub və millidə 42 oyunda 50 qol vurub.
Almaniya liqasında isə 24 oyunda 30 qol vurub.