Bakı. Trend:
Boliviyanın El Alto şəhərində avtomobillərlə toqquşan Boliviya
Hərbi Hava Qüvvələrinə məxsus “C-130 Hercules” təyyarəsinin qara
qutusu hərbçilərə təqdim edilib.
Trend xəbər verir
ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti
məlumat yayıb.
Qara qutudakı məlumatların çıxarılması və təhlili ən azı bir
neçə həftə çəkəcək.
Müdafiə naziri Raul Marselo Salinas əvvəlcə ölkədə bu işi görə
biləcək mərkəzin olmadığını, buna görə qara qutunun başqa bir
ölkəyə göndəriləcəyini bildirmişdi.
Fevralın 27-də El Alto hava limanına eniş edərkən naməlum
səbəblərdən təyyarə aerodromdan sürüşərək nəqliyyat vasitələri ilə
toqquşub. Hadisə nəticəsində ən azı 22 nəfər ölüb. Pis hava şəraiti
faciənin mümkün səbəbi hesab olunur.

