BƏƏ-də Cəbəl Əli limanında yanğın baş verdi

Baş səhifə

Bakı. Trend:

Cəbəl Əli limanının körpülərindən birində dağıntılar səbəbindən
yanğın baş verib.

Trend xəbər verir
ki, bu barədə Dubay hökumətinin mətbuat xidmətinin açıqlamasında
bildirilib.




Açıqlamada deyilir: “Dubay hakimiyyəti hava hücumundan sonra
yaranan qalıqların Cəbəl Əli limanının körpülərindən birində
yanğına səbəb olduğunu təsdiqləyir. Dubay Mülki Müdafiə qrupları
dərhal hadisə yerinə gəlib və yanğını tam söndürmək üçün səylərini
davam etdirirlər. Xəsarət alan yoxdur”.

Daha əvvəl İranın Dubay Beynəlxalq Hava Limanına hücumu
nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilmişdi.