Bakı. Trend:
İran və ABŞ arasında dialoqa vasitəçilik edən Omanın xarici
işlər naziri Bədr əl-Busaidi Tehran və Vaşinqton arasında
danışıqlar prosesində çox yaxın gələcəkdə əhəmiyyətli
irəliləyişlərə ümid etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə “Al Hadath” televiziya
kanalı xəbər verib.
“Biz qarşıdakı günlərdə İran məsələsində ciddi irəliləyişlərə
ümid edirik”, – deyə nazir Vaşinqtonda ABŞ vitse-prezidenti Cey Di
Vens ilə görüşdən sonra bildirib.
Əl-Busaidi əlavə edib ki, o, “ABŞ vitse-prezidentinə İran tərəfi
ilə danışıqların təfərrüatları barədə məlumat verib”. Oman naziri
yekun olaraq “Sülh bizim əlimizdədir” deyib.

