Külək Göygöldə evlərin damını dağıdıb, Şəmkirdə istixanalara ziyan vurub

Baş səhifə
Külək Göygöldə evlərin damını dağıdıb, Şəmkirdə istixanalara ziyan vurub

Hava şəraitinin kəskin dəyişməsi Göygöl və Şəmkir rayonlarında bəzi fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, güclü külək Göygöl rayon Hacıməlik qəsəbəsində bir neçə fərdi evin dam örtüyünü dağıdıb, iri gövdəli ağacların budaqlarını sındırıb.

Güclü külək Şəmkir rayonun Keçili kəndində də bəzi fəsadlar törədib. Belə ki, bir neçə istixananın örtükləri sıradan çıxıb, təsərrüfata qismən zərər dəyib.

Həmçinin bəzi ərazilərdə elektrik enerjisinin verilməsində bir neçə saat fasilə olub.

Qeyd edək ki, hazırda bölgədə güclü külək müşahidə olunur. Hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırılır.