Bakı. Trend:
Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində
minifutbol üzrə növbəti Avropa çempionatına start veriləcək.
Trend-in
məlumatına görə, 16 komandanın iştirakı ilə keçiriləcək mötəbər
turnirin final oyunu iyunun 4-də baş tutacaq.
Bu gün yarışın püşkatma mərasimi keçirilib. Nəticələrə əsasən,
son dünya çempionu Azərbaycan millisi F qrupunda yer alıb. Komanda
qrup mərhələsində Fransa, İtaliya və Avstriya yığmaları ilə
mübarizə aparacaq.

