BAEA rəhbəri ABŞ Dövlət Departamentinin rəsmisi ilə İranın nüvə proqramını müzakirə etdi

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru
Rafael Qrossi ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmama
üzrə köməkçisi Kristofer Yeo ilə İranın nüvə proqramını müzakirə
edib.

Trend-in
məlumatına görə, bu barədə Rafael Qrossi “X” sosial şəbəkəsində
yazıb.




“Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyində ABŞ dövlət
katibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi Kristofer
Yeonu İrandakı vəziyyət də daxil olmaqla, mövcud yayılmama
məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir
mübadiləsi aparmaq üçün qəbul etdim.

Agentliyə hərtərəfli dəstəyinə görə Amerika Birləşmiş Ştatlarına
minnətdarlığımı bildirirəm”, – deyə o bildirib.