
ABŞ İranın danışıqlar aparmaq tərzindən narazıdır.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Buna baxmayaraq, İran ilə geniş müzakirələrin aparılmasını gözləyirəm” , – o bildirib.
Ağ Evin rəhbəri İranla bağlı yekun qərar qəbul etmədiyini də vurğulayıb: “İranla razılığa gəlmək istəyirəm. Bu ölkə nüvə silahına sahib ola bilməz. İran o “qızıl sözlər”i, yəni “nüvə silahı istəmirik” cümləsini demir”.
.@POTUS on Iran: “We haven’t made a final decision. We’re not exactly happy with the way they’re negotiating. They cannot have nuclear weapons… We’ll see how it all works out.” https://t.co/qNw8IP12un pic.twitter.com/PAQAwvmDvv
— Rapid Response 47 (@RapidResponse47) February 27, 2026
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


