Azərbaycan III yüksək səviyyəli makro-fiskal “Tərəfdaşlar Şəbəkəsi” görüşündə iştirak edib

Baş səhifə
Azərbaycan III yüksək səviyyəli makro-fiskal Tərəfdaşlar Şəbəkəsi görüşündə iştirak edib

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi III yüksək səviyyəli makro-fiskal “Tərəfdaşlar Şəbəkəsi” görüşündə iştirak edib.

“Report” bu barəd nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə dövlət müəssisələrinin iqtisadiyyatda oynadığı rol və makro-fiskal siyasətə təsiri, iştirakçı ölkələr arasında praktik biliklərin bölüşməsi və regionda daha güclü makro-fiskal əməkdaşlığın formalaşması istiqamətində müzakirələr aparılıb.

Bu cür yüksək səviyyəli platformalarda iştirak beynəlxalq təcrübənin öyrənilməsi, institusional potensialın daha da gücləndirilməsi və dövlət müəssisələrinin idarə olunması sahəsində qabaqcıl yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Agentlik gələcəkdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, şəffaflıq və səmərəliliyin artırılması istiqamətində təşəbbüsləri dəstəkləməkdə və regionda dayanıqlı makro-fiskal mühitin formalaşmasına töhfə verməkdə qətiyyətlidir.