Yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF)
xətti ilə 17,4 milyon manat kredit verilib.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 3,8 milyon manat və ya 17,9% azdır.




Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin
məbləği isə 19,6 milyon manat olub ki, bu da 2025-ci ilin eyni
dövründəki göstərici ilə müqayisədə 1,4 milyon manat və ya 7,7%
çoxdur.

Bundan başqa, ötən ilin eyni dövrü ilə müqayisədə İKZF-nin
istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği və Fonda dövlət
büdcəsindən ayrılmış vəsaitin məbləği 100% azalıb.